quru nəfəs

I wonder how he keeps body and soul together / he is so thin and feeble / it’s a wonder he is alive at all в чём только душа держится
quru qəfəsi qalmışdır
quru sümük (arıq)
OBASTAN VİKİ
Nəfəs
Nəfəs alma — havanın ağciyərlərə alınıb verilməsi prosesi.
Quru
Quru (informatika)
Molla Nəfəs
Molla Nəfəs (Tanrıverdi; 1810, Türkmənistan – 1862) – şair. "Zöhrə-Tahif", "Baba Rövşən", "Gülüstan" adlı əsərlərin müəllifi. Molla Nəfəs 1810-cu ildə Türkmənistanın(horasanin)Serahs ilcesinde (Saragt ilcesinde) dunyaya geliyor… Bu uşaq ilk təhsilini dövrünün ziyalı sənətkarlarından olan atası Qədirverdinin evində açdığı məktəbdə alır. Sonra Mərvdə məşhur pedaqoq kimi tanınan Molla Məmmədsalihin yanında təhsilini davam etdirir.. Oranı bitirdikdə isə atası onu o dövrün məşhur təhsil ocaqlarından olan Buxara və Xivə mədrəsələrində oxumağa göndərir. Gələcəyin şairi bu şəhərlərdəki mədrəsələrdə tanınmış alimlərdən dərs alır, Türk, ərəb və fars dillərini öyrənməklə yanaşı həmin dövrdə tədris olunan elmləri, o cümlədən ilahiyyat, riyaziyyat, hesab, həndəsə, nücum, kimya, dil, ədəbiyyat, tarix, coğrafiya fənlərinin də sahəsində dərin bilik əldə edir. Ədəbiyyata xüsusi maraq duyan gənc şair Buxarada və Xivədə klassik Şərq poeziyasının Xoca Əhməd Yəsəvi, Füzuli, Nəsimi, Nəvai, Nizami, Sədi, Hafiz, Cami kimi nümayəndələrinin əsərlərini, habelə şifahi xalq ədəbiyyatını, dastan və nağılları diqqətlə öyrənir. Ədəbiyyat nəzəriyyəsi, bədii ifadə vasitələri, ədəbi janrlar, bir sözlə, Şərq poetik sistemi haqqında dərin bilik qazanır. Mərvdən Tanrıverdi kimi gedən uşaq illər sonra vətəninə mükəmməl təhsil görmüş ziyalı və heca vəznində şeirlər yazan şair Molla Nəfəs kimi qayıdır. Şairin şeirlərindən anlaşılır ki, o, gəncliyində Durduxal adlı bir qıza aşiq olur.
Nəfəs (dəqiqləşdirmə)
Nəfəs alma — havanın ağciyərlərə alınıb verilməsi prosesi.
Nəfəs alma
Nəfəs alma — havanın ağciyərlərə alınıb verilməsi prosesidir. Aerobik orqanizmlər enerji çıxarmaq üçün tənəffüs yolu ilə oksigenə ehtiyac duyar. Nəfəs almaq bədənin ehtiyacı olan oksigenin alınıb karbondioksidin atıldığı yeganə prosesdir. Qaz dəyişimi, ağciyər alveoları və ağciyər kapilyar damarlarındakı qan arasında, qazların passiv diffuziyası ilə meydana gəlir. Qandakı ayrılmış qazlar, ürəyin qanı dövr etdirməsi ilə və qan dövranı sistemi vasitəsilə bütün orqanizmə yayılır. Nəfəs alma prosesi, nəfəs alma (inspirasya) və nəfəs vermə (ekspirasya) mərhələlərindən ibarətdir. Normal fizioloji sərhədlər içərisindəki nəfəs almağın tibbi termini opnedir. Karbondioksidin atılmasına əlavə olaraq nəfəs almaqla orqanizmdən su da atılır. Alveola diffuziya məruz qalan su səbəbi ilə nəfəs %100 nəmdən ibarətdir.
Nəfəs alətləri
Nəfəsli musiqi (çalğı) alətləri (üfləmə alətlər) — havanın alətin daxilinə üfürülməsi (nəfəs verilməsi) üsulu ilə səs əldə olunur. Bu alətlərin ilk sadə nümunələri eramızdan bir neçə min il əvvəl qarğı və qamışdan hazırlanmışdır. Bu ənənə dövrümüzə qədər yaşamış və bu gün də davam etdirilir. Hazırda bir neçə nəfəsli musiqi aləti: ney, tütək, musiqar, sümsü və onun növləri qarğı və qamışdan hazırlanır. Nəfəsli musiqi alətləri sümükdən, heyvanların buynuzundan, gildən, müxtəlif ağac növlərindən, mis və digər materiallardan da hazırlanır. Çağımızda hazırlanma materialına görə üfləmə alətlər iki yerə bölünür: Mis alətlər – truba, kornet, trombon, tuba, valtorna və s. Ağac alətlər – fleyta, hoboy, klarnet, faqot və s. Nəfəsli musiqi alətlərinin texniki və bədii imkanları o qədər də geniş deyil. Bu da, hər şeydən əvvəl, onların səs diapazonunun məhdudluğu ilə əlaqədardır. Bu alətlər arasında daha çox istifadə olunanı zurnadır ki, onun da səs düzümü iki oktavadan artıq deyildir.
Nəfəs borusu
Nəfəs borusu, traxeya (yun. trachus hərfi mənası kontur, hüdud deməkdir, lat. trachea) — qırtlağın ardı olub, qida borusunun önündə yerləşmişdir. Formaca silindrə bənzəyir, ancaq öndən arxaya doğru bir az yastılaşmışdır. Uzunluğu təxminən 9-15 sm və diametri yuxarıda və aşağıda dar, ortada isə genişdir, eni 1,5-2,7 sm-ə bərabərdir. Nəfəs borusu orta xəttə yerləşərək topoqrafik cəhətcə iki hissəyə bölünür: Boyun hissə — lat. pars cervicalis; Döş hissə — lat. pars thoraica (thoracica). Traxeyanın intubasiyası Traxeotomiya Prof.
Nəfəs darlığı
Nəfəs darlığı (dispnoe) — orqanizmin adaptiv funksiyalarından biri olub çox vaxt tənəffüs tezliyində, ritmində və dərinliyində dəyişikliklərlə ifadə edilir, tez-tez hava çatışmazlığı hissləri ilə müşayiət olunur. Ürək xəstəliyində nəfəs darlığı fiziki gərginlik zamanı, sonra isə istirahətdə, xüsusilə üfüqi vəziyyətdə, xəstələri oturmağa məcbur edir (ortopne). Ürək xəstəliyi ilə şiddətli nəfəs darlığı (adətən gecə) hücumları ürək astmasının təzahürüdür; bu hallarda nəfəs darlığı inspiratordur (tənəffüs çətinliyi). Ekspirator nəfəs darlığı (ekshalasiyada çətinlik) kiçik bronxların və bronxiolların lümeni daraldıqda (məsələn, bronxial astma ilə) və ya ağciyər toxumasının elastikliyinin itirilməsi ilə (məsələn, xroniki ağciyər amfizemi ilə) baş verir. Serebral dispnoe tənəffüs mərkəzinin birbaşa qıcıqlanması ilə baş verir ( şiş, qanaxma və s.). Bundan əlavə, nəfəs darlığı zəhərli və narkotik qazlarla, freonlarla zəhərlənmələr, həmçinin şiddətli həyəcan, qəzəb, isteriya, qorxu və s.
Nəfəs musiqi alətləri
Nəfəsli musiqi (çalğı) alətləri (üfləmə alətlər) — havanın alətin daxilinə üfürülməsi (nəfəs verilməsi) üsulu ilə səs əldə olunur. Bu alətlərin ilk sadə nümunələri eramızdan bir neçə min il əvvəl qarğı və qamışdan hazırlanmışdır. Bu ənənə dövrümüzə qədər yaşamış və bu gün də davam etdirilir. Hazırda bir neçə nəfəsli musiqi aləti: ney, tütək, musiqar, sümsü və onun növləri qarğı və qamışdan hazırlanır. Nəfəsli musiqi alətləri sümükdən, heyvanların buynuzundan, gildən, müxtəlif ağac növlərindən, mis və digər materiallardan da hazırlanır. Çağımızda hazırlanma materialına görə üfləmə alətlər iki yerə bölünür: Mis alətlər – truba, kornet, trombon, tuba, valtorna və s. Ağac alətlər – fleyta, hoboy, klarnet, faqot və s. Nəfəsli musiqi alətlərinin texniki və bədii imkanları o qədər də geniş deyil. Bu da, hər şeydən əvvəl, onların səs diapazonunun məhdudluğu ilə əlaqədardır. Bu alətlər arasında daha çox istifadə olunanı zurnadır ki, onun da səs düzümü iki oktavadan artıq deyildir.
Nəfəs nəfəsə (roman)
Nəfəs nəfəsə (tr. Nefes Nefese) - türk yazıçısı Ayşe Kulinin 2002-ci ildə nəşr olunmuş romanı. Osmanlı dövlətinin son Sağlamlıq naziri Fazıl Rəşad Paşanın qızı Selva yəhudi oğlan Rafaelə aşiq olur. Lakin ailəsi buna qarşı çıxır və nəticədə ailəsi onları tərk edir. Selva və Rafael Fransaya köçürlər. Amma onlar burada da sakitçilik tapa bilmirlər. İkinci dünya müharibəsinin başlaması onların həyatını alt-üst edir. Onlar hər an nasistlər tərəfindən ölüm düşərgələrinə aparılmaq qorxusu ilə yaşayırlar. Həmin dövrdə isə Türkiyə müharibəyə qarışmadan, nə Almaniyanın, nə də müttəfiqlərin tərəfini tutaraq öz yoluna davam edirdi... Ayşe Kulin bu romanında həm o dövrdə Türkiyənin müharibədən böyük zərər görmədən çıxmasını təmin edən insanların fəaliyyətindən, həm də Selva ilə Rafaelin İstambuldan Marselə, Ankaradan Qahirəyə qədər olan səyahətlərində öz canları bahasına olsa da yüzlərlə yəhudinin həyatı xilas etməsindən söhbət açır.
Quru Araz
Quru Araz - İrəvan quberniyasının Eçmiədzin qəzasında,indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 26 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində işlənən quru sözü ilə Araz çayının adı əsasında əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Yerasxaun (Quru Araz. Erməni dilində Araz Yerasx formasında işlədilir) qoyulmuşdur.
Quru buz
Quru buz - quru buz özü ilə karbon 4 – oksidin və ya karbon qazının bərk fazasını təmsil edir. Onu karbon qazı adlandırmaq qəbul olunmuşdur. Karbon qazının fərqləndirici xüsusiyyəti onun üçqat nöqtələridir: bu o deməkdir ki, 0,536 MPa təzyiqində və uyğun olaraq temperatur -56,6 C olduqda karbon qazı həmin an üç vəziyyətdə ola bilir: bərk, maye və qaz halında. Daha aşağı təzyiqdə, yəni atmosfer təzyiqində ancaq iki vəziyyətdə ola bilər: bərk və qaz halında. Beləliklə, atmosfer şəraitində bərk karbon qazı maye fazasını örtərək, birbaşa qaz halına keçir. Buradan bərk karbon quru buz adlandırılmağa başlandı. 0,1 MPa təzyiqdə quru buz -78,9C-də sublimasiya edir. Təzyiqin azalmasında sublimasiya temperaturu aşağı düşür. Normal şəraitdə karbon qazının sıxlığı 1,877 kq/m³-dir. Bu qaz havadan 1,529 dəfə ağırdır.
Quru fontan
Quru fontan — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-qərbdə yerləşir. Toponim quru və fontan sözlərinin birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə tarixən azərbaycanlılar yaşamışdır. 1828-ci ildən sonra burada ruslar yerləşdirilmişdir. 1897-ci ildə burada 162 nəfər rus, 8 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905–1906-cı illərdə azərbaycanlılar qovulmuşdur.
Quru körpü
Şota Şalikaşvili körpüsü (gürc. მშრალი ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayının hazırda qurumuş qollarından biri üzərində yerləşən avtomobil körpüsü. hazırda həmin qol torpaqla doldurulmuş və Zviada Qamsaxurdiya küçəsinin bir hissəsini təşkil edir. Sarbryuk körpüsü ilə birlikdə körpü paytaxtın Mtasmida və Çuqureti rayonlarını birləşdirir. Körpü yaxınlığında eyni adlı köhnə əşyaların satıldığı bazar vardır. İlk əvvəllər Kiçik Mixaylevski körpüsü (Böyük Mixaylevski körpüsünün davamı kimi) və ya Voronsov körpüsü (Qafqaz canişini Mixail Vorontsovun şərəfinə) adlanırdı. XX əsrin əvvəllərində körpü Nikolayevski adlanmağa başlayır. sovetlər dönəmində Kiçik Karl Marks körpüsü olaraq adlandırılır. 1933-cü ildə Kür çayının bu hissədən keçən qolu qurudulur. Nəticədə körpü Quru olaraq adlandırlır.
Quru küləklər
Quru küləklər- meteoroloji hadisə olub, havanın rütubətliyi bir qayda olaraq yüksək temperatur və müxtəlif intensivli küləklərlə müşayət olunur. Belə küləklər bitkinin yüksək transpirasiyasına səbəb olur, torpaq səthindən intensiv buxarlanma gedir, torpağın nəmliyi aşağı düşür və bunun nəticəsində bitkinin su balansının pozulmasına səbəb olur. Azərbaycanda İraq, İran və Orta Asiya ərazilərindən daxil olan subtropik antisiklonun təsiri nəticəsində ilin isti dövründə atmosfer prosesləri quraqlıq və quru yellərin əmələ gəlməsinə səbəb olur. Bu isə respublika ərazisində kənd təsərrüfatı bitkilərinin normal inkişafına mənfi təsir göstərir və məhsuldarlığını aşağı salır. Mübarizə tədbirləri məqsədi ilə əsasən aqrotexniki və meliorasiya tədbirləri həyata keçirilir. Suvarma quraqlıq və quru küləklərə qarşı radikal üsul sayılır. Suvarma hətta səhra şəraitində bitkilərdən yüksək məhsul götürməyə imkan verir. Tarlaqoruyucu meşə zolaqları quraqlıq və quru küləklərə qarşı mühüm tədbir sayılır.
Quru qoşunları
Quru qoşunları — bir çox ölkələrdə hərbi dəniz qüvvələri və hərbi hava qüvvələri ilə yanaşı silahlı qüvvələrdə mövcud olan qoşun növü. Quru qoşunları çoxsaylı döyüş tərkibinə malik Silahlı Qüvvələr növüdür, böyük atəş və zərbə gücünə, yüksək manevrliliyə və müstəqil fəaliyyət göstərmək imkanına malikdir. Bəzi ölkələrdə quru qüvvələr və ya ordu da adlanırlar. Ənənvi olaraq piyada, süvari, mexaniki qoşun növlərindən, hərbi hissə, korpus və qoşun birliklərindən ibarət olur. Həmçinin özünün hərbi hava qüvvələrinə malik ola bilir. Quru qoşunları istənilən ölkənin sayca ən çoxsaylı qoşun növüdür və hərbi münaqişələr (müharibələr) zamanı əsas yük onların üzərinə düşür. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı bölmələri düşmənin istər yerüstü bölmələri, istərsə də alcaqdan uçan hava hədəfləri ilə mübarizə aparmağa qadir müasir silah və döyüş texnikası ilə təchiz edilmişdir. Quru Qoşunlarının əsas zərbə gücüdür. Başqa qoşun növləri kimi tank bölmələrinin texniki vasitələrinin idareətmə, naviqasiya cihazları müasirləşdirilmiş, dayanıqlığı artırılmış, silahlanmasına yeni nəsil tanklar daxil edilmişdir.
Quru qurbağaları
Quru qurbağaları (lat. Bufonidae) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinə aid heyvan fəsiləsi.
Quru qurbağası
Quru qurbağası (lat. Bufo) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinə aid heyvan cinsi.
Quru tısbağaları
Quru tısbağaları (lat. Testudinidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin tısbağalar dəstəsinə aid heyvan fəsiləsi. Fəsiləyə 11–13 cins, 40 növ daxildir. Bəzi tısbağalar kiçik olur və uzunluqları cəmi 12 sm olur. Bəzi növlər isə hətta 1 metr və daha uzun olur. Onlara Afrika, Asiya, Cənubi Avropa rast gəlmək olar. Xüsusi ilə səhra, yarımsəhra, savanna və rütübətli meşələrdə daha çox yayılmışdır. Tısbağalar uzun ömürlü olurlar. Növündən asılı olaraq 50–100 il yaşaya bilirlər. Bəzi növlər var ki, 150-200 il yaşayır.
Quru yataq
Quru su
Novec 1230, "Quru su" (flüoroketon FK-5–1–12, freon PFK-49) rəngsiz , iysiz mayedir . Kimyəvi formul — CF 3 CF 2 C(O)CF(CF 3) 2 (perfluoro(etil izopropil keton), altı karbonlu maddə, flüorlu keton kateqoriyası (qaydalara uyğun olaraq R 1 -CO-R 2 ketonların adları radikal-funksional nomenklatura R 1 və R 2 radikallarının adlarının əlifba sırası ilə "keton" sözündən əvvəl sadalanması ilə qurulur).
Quru (informatika)
Quru (ing. Guru rus. Гуру) — kompüterdən çox yaxşı başı çıxan kimsə, slenq, termin. O, yaranan problemləri həll edə, suallara cavab verə və, demək olar ki, çıxılmaz vəziyyətlərdə çox dəyərli məsləhətlər verə bilər. Termin sanskrit kökənli bir termin olub, hinduizm və buddizm mistisizmində "mürşid", "ustad" mənalarına gəlir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Üzük-nəfəs borusu bağı
Üzük-nəfəs borusu bağı (lat.
Finlandiya Quru Qoşunları
Finlandiya Quru Qoşunları (fin Suomen maavoimat, isv. Finländska armén) — Finlandiya Silahlı Qüvvələrinin quru qoşunları. 1918-ci ildə qurulmuş olub piyada, meydança topçuları, zenit topçuları, texniki işçi, kommunikasiya və logistika bölmələri olmaqla altı yerə ayrılır.
Qafqaz quru qurbağası
Qafqaz quru qurbağası (lat. Bufo verrucosissimus) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinin quru qurbağası cinsinə aid heyvan növü. Krasnodar diyarının qırmızı kitabına daxildir. Rusiyanın ən böyük suda-quruda yaşayanıdlr. Uzunluğu 170 mm-dir. Rəngi boz və ya parlaq-qəhvəyidir. Çömçəquyruqlar qara rəngdə olur. Yetkin olmayan qurbağalar narıncıdır. Azərbaycanın ən iri qurbağasıdır. Dərisi hamar qabarlıdır, üstdən boz və ya qəhvəyi rəngdədir (açıqdan tünd rəngə qədər müxtəlif çalarda), tünd xallıdır.